Əfqanıstanda hüquq-mühafizə orqanları əməkdaşlarının "Taliban" qruplaşmasının üzvləri ilə görüşü zamanı partlayış törədilib.

Unikal.org "Reuters"a istinadən xəbər verir ki, hadisə Nanqarhar şəhərində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 20 nəfər həlak olub.