ABŞ-ın Miçiqan ştatının Gennesi dairəsinin polisi son aylarda itkin düşmüş 51 uşağı tapıb.

Unikal.org  "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə "Alboenews" məlumat yayıb. 

Məlumatda bildirilir ki, uşaqlar insan alverində şübhəli bilinən şəxslərin evinin yoxlanılması zamanı tapılıb. Oğurlanan uşaqlarin bir qismi övladlığa götürülənlər, bir qismi məktəbdən qayıdarkən itkin düşənlərdir.

Ümumilikdə itkin düşənlərin sayı 76 nəfərdir. Daha 25 nəfərin axtarışı davam etdiriləcək.