Sumqayıt şəhərində 51 yaşlı usta işlədiyi özəl obyektin damından yıxılaraq ağır xəsarət alıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin 18-ci məhəlləsində baş verib.

Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Hacıyev Ramiz Məmmədağa oğlu 18-ci məhəllə ərazisində özəl obyektdə usta işlədiyi zaman hündürlükdən yıxılıb. Hadisəyə səbəb kimi, xəsarət alan şəxsin obyekt sahibi tərəfindən normadan artıq işlətməsi və heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi göstərilir.

Ramiz Hacıyev hadisədən sonra "təcili tibbi yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.