"Neftçi klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
Unikal.org-un klubun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasında 2017-2018 mövsümünün bombardiri Baqali Dabo ilə 2 illik müqavilə imzalanıb.
29 yaşlı hücumçu 9 nömrəli formanı geyinəcək.
Fransanın "İvri, "Kretey, "İstr komandalarında çıxış etmiş Dabo ötən mövsüm "Qəbələnin heyətində çempionatda 27 oyunda 13 qol vurub.
"Neftçi bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Flaqmanın transfer çalışmaları davam edir.