Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nikos kotzias və Nikola Dimitrov keçmiş Yuqoslav Respublikasının Şimali Makedoniya Respublikası adlanacağı barədə razılaşma imzalayıblar.

Unikal.org-un məlumatına görə, razılaşma Yunanıstanın Makedoniya və Albaniya ilə sərhədində imzalanıb.

"Biz bu razılaşma ilə fəxr edirik. Fəxr edirik ki, bizi ayıran razılaşma ətrafında cəmləşdik və bizi birləşdirən qərarı seçdik", deyə Makedoniya baş naziri Zoran Zayev bildirib.