FHN problemlə üzləşmiş artıq çəkili şəxsə yardım edib. 

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib.

Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırıblar. 

Əməliyyat başa çatmışdır.