Xəzər dənizində boğularaq ölən şəxsin meyiti ailəsinə təhvil verilib.

Unikal.org  "Report"a istinadən xəbər verir ki, hadisə Novxanı çimərliyində baş verib.

1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlu Novxanı çimərliyində dənizə daxil olub. Lakin o dənizdən geri qayıtmayıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub .

3 gün aparılan axtarış nəticəsində onun meyiti bugün dənizin sahilə yaxın ərazində tapılıb. Meyit ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.