Klarnet ifaçısı Hüseyin Məhəmmədoğlunun klarnetini oğurlayıblar. 

Unikal.org  Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi bu haqda "O başdannan" verilişində deyib. O bildirib ki, hadisə bu yaxınlarda baş verib:

"Toyda ifa etdyim klarnetimi oğurladılar. Məndən geri qaytarmaq üçün pul istədilər. Allahın köməkliyi ilə klarnetim tapıldı".

Qeyd edək ki, Hüseyn klarnetinin 20 min dollar qiyməti olduğunu deyib.