Xəbər verdiyimiz kimi  Azərbaycanın ilk kommersiya banklarından biri olan "GünayBank ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Günaybank" İdarə Heyəti Sədrinin müavini vəzifəsini müvəqqəti icra edən  Zaur Əhmədov  qeyd edib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində "GünaybankASC-nin əməkdaşı Emin Zeynalovun bankın əmanətçilərinin vəsaitlərini mənimsəyərək ölkədən qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır:

"Emin Zeynalov  artıq iyun ayının 5-dən etibarən "Günaybank"dan işdən çıxıb.O, məsələnin banka heç bir aidiyyatı yoxdur.Yaranan problem Emin Zeynalovun  şəxsi biznesi ilə bağlıdır.Bankdan heç bir qəpik də pul kənara çıxarmayıb.Yayılan informasiya yalandır, həqiqəti əks etdirmir.