SON XƏBƏRLƏR
17 Iyul 2018
16 Iyul 2018
İldırım çobanları vurdu - AZƏRBAYCANDA
HADİSƏ 19:29 / 18.06.2018

Xızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.

Unikal.org report.az-a istinadən bildirir ki, hadisə Dübrar yaylağında baş verib.

İldırım Qobustan sakini, 40 yaşlı Ağa Misir oğlu Ağayevi vuraraq öldürüb. Şahidlərin verdiyi məlumata görə, ildırım yaylaqdakı digər çobanı da vurub. Lakin o, sağ qalıb. Yaralı Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.