İyunun 2-də İtaliyanın Roma şəhərində göldə çimərkən boğulan azərbaycanlı tələbə Elnur Babayevin cəsədi tapılıb.

Unikal.org xəbər verir  ki,  qafqazinfo-nun əldə etdiyi məlumata görə, Albano gölündə həyatını itirən, "Sapienza" Universitetinin magistr tələbəsinin nəşi Azərbaycana gətiriləcək. 

Qeyd edək ki, evin tək oğlu olan E.Babayev Roma Universitetində Politologiya fakültəsinin magistraturasında 2-ci kurs tələbəsi olub. O, Azərbaycanda isə Bakı Avrasiya Universitetində təhsil alıb.

Allah rəhmət eləsin!