Yunanıstanda çevirilişə cəhd çağırışı etdikdən sonra polislərdən qaçan sağ təmayüllü Qızıl Şəfəq partiyasından olan millət vəkili Konstantinos Barbarusis həbs edilib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb.

Məlumata görə, millət vəkili Atina yaxınlığındakı Pendeli bölgəsində yaşayan dostunun evində tapılıb.

Qeyd edək ki, Konstantinos Barbarusis Yunanıstan parlamentində çıxışı zamanı Yunanıstan və Makedoniya arasında saziş bağlanması hadisəsinin vətən xainliyi olduğunu bildirərək, ordudan bu xəyanətə son qoymaq məqsədi ilə Yunanıstan prezidentini və baş nazirini həbs etməsini istəmişdi.