Bakıda restoran yanıb.

Unikal.org xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib. 

Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.