Xəbər verdiyimiz kimi, Binəqədidə "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Sahibkarlara böyük ziyan dəyib.

Unikal.org-un məlumatına görə, yanğınn zamanı 22 mağaza yanıb. Hadisə zamanı xırdavat məhsulları yanıb, taxta şalbana ziyan dəyməyib. Ən çox zərər zərdablı Sabiq adlı sahibkara dəyib. 300 mindən artıq məhsulu külə dönüb. İlkin ehtimala görə, yanğın səbəbi qısaqapanmadır.