Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə iyunun 19-dan 23-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq.

Unikal.org xəbər verir ki, səfər zamanı Ümumçin Xalq Nümayəndələri Yığıncağının rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.