Ötən gün Hacıqabul ərazisində baş verən ağır yol qəzasında ölən şəxs deputatın qohumudur.

Unikal.org "AzPolitika.infoya istinadən xəbər verir ki, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.

Xatırladaq ki, Bakı şəhər sakini Emil Şahpələngov idarə etdiyi "TOFAŞ markalı avtomobili yol ayırıcısına vurmuşdu. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini, azyaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilmişdi.