Antalyada 14 yaşlı qız S.A-ya təcavüz etdiyi iddiası ilə 24 nəfər saxlanılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların arasında polis məmurunun da olduğu deyilir.

Hadisə Antalyanın Kəpəz vilayətində Zafer məhəlləsində baş verib.

S.A.-nın anası A.B. qızının qarnının böyüdüyünü görüb və qorxuyya düşüb. O bu səbəblə qızını həkimə aparıb.  Məlum olub ki, 14 yaşlı qız hamilədir. S.A. daha sonra anasına ilk dəfə 11 yaşında təcavüzə uğradığını deyib. 

Azyaşlının 3 il boyunca zorlandığı məlum olub.

Saxlanılanlar isə ittihamı qəbul etməyib. Bildirlir ki, təcavüzə məruz qalan qızın anası da polis məmurudur.