"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) klubu ilə qarşılaşacağını xəbər vermişdik.

Unikal.org xəbər verir ki, tərəflər arasındakı ilk matç iyulun 11-də Sloveniyada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşma 16 min 38 nəfərlik azarkeş tutumu olan "Stoyiçe stadionunda olacaq.

Cavab görüşü isə 18 iyulda Bakıda keçiriləcək.