Türkiyədə dəhşətli hadisə baş verib. 26 yaşlı ata 4 yaşlı oğlunu boğaraq öldürüb və daha sonra övladının cəsədi ilə selfi çəkib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkəsir vilayətində 26 yaşlı Hüseyin Ersezgin 4 yaşlı oğlu Efe Ersezgini parkda gəzdirmək adıyla evdən çıxarıb. Daha sonra parkda oynayan oğlunu əlləri ilə boğaraq öldürüb. 

H.Ersezgin oğlunun cəsədini xəstəxanaya aparıb və  avtomobilin arxa oturacağında halsızlaşıb özündən getdiyini deyib. Həkimlər azyaşlının öldüyünü bildiriblər.

Ekspertiza zamanı əsl həqiqət üzə çıxıb və ata öz oğlunu boğduğunu etiraf edib. 

Melis Ersezgin həbs olunan həyat yoldaşının telefonunu qurdalamağa başlayıb. Məlum olub ki, H.Ersezgin övladını öldürdükdən sonra övladının cəsədini maşında qoyub əyləncə mərkəzinə yollanıb. Orada əyləndikdən sonra dost məclisində heç nə olmamış kimi selfie də çəkdirib.  

Azyaşlının anası Melis Ersezgin bildirib ki, onun əri alkoqol aludəçisi olub. Uşağı parka apararkən də spirtli içki qəbul edibmiş.