"Tesla" şirkəti casus qalmaqalı ilə çalxalanır.

Unikal.org-un RBK-ya istinadən xəbərinə görə, karyera pilləsində yüksəliş xahişi rədd olunan şirkət əməkdaşı istehsal sistemi barədə məlumatları üçüncü şəxslərə ötürməkdə ittiham olunur.

Qalmaqal barədə "Tesla"nın rəhbəri və qurucusu Elon Maskın şirkət əməkdaşlarına elektron məktubunda məlumat verilib. Mask adı çəkilməyən əməkdaşın hərəkətini "sabotaj" kimi qiymətləndirib, "Tesla"ya dəyən zərərin isə kifayət qədər böyük olduğunu vurğulayıb.

Hazırda "Tesla" həmin əməkdaşın tək hərəkət edib-etmədiyini aydınlaşdırır. Mask "şirkətimizin ölümünü arzulayan şirkətlərin" siyahısının uzun olduğunu yazıb. Onlara misal olaraq elektrokar istehsalının inkişafını istəməyən investorları və neft şirkətlərini qeyd edib.