ABŞ prezidenti Donald Trampın başı yenidən "dərddə"dir.

Unikal.org bildirir ki, bu dəfə ABŞ prezidenti sahibi olduğu Tramp Fondu ilə ittiham olunur.

Belə ki, bir sıra maliyyə pozuntularına yol verdiyi iddiası ilə Nyu-York Baş Prokurorluğu Tramp Fondu ilə bağlı istintaq araşdırmalarına başlayıb.

Tramp isə bunu ona qarşı qaralama kampaniyasının tərkib hissəsi sayır.

O, Nyu-York Baş Prokurorluğunun Tramp Fondu ilə bağlı iddialarını əsassız hesab etdiyini bildirib.

ABŞ prezidenti sahibi olduğu Fondun qanuni əsaslarla fəaliyyət göstərdiyini və heç bir maliyyə pozuntusuna da yol vermədiyini iddia edib.

Nyu-York Baş Prokurorluğu da istintaq araşdırmalarının davam etdiriləcəyini bəyan edib.