Bu gün dünya çempionatında ilk tura yekun vurulub.

Unikal.org xəbər verir ki, A qrupunda isə 2-ci tura start verilib. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşıb. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması Uruqvaya uduzub - 0:1.

Rusiya millisi Afrika təmsilçisi ilə görüşdə də qələbə qazanıb. İkinci hissənin əvvəlində meydan sahibləri 3 top fərqi ilə irəli keçiblər. Misirin gücü yalnız mundialda debüt edən Salahın penalti qolu ilə fərqi azaltmağa çatıb.

2 turdan sonra 6 xalı olan Rusiya millisi böyük ölçüdə 1/8 finala vəsiqə qazanıb. Bunun rəsmiləşməsi üçün sabah Uruqvay Səudiyyə Ərəbstanıya uduzmamalıdır.