Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Zabrat qəsəbəsinin Yeni Məhəllə ünvanında yaşayan 1986-ci il təvəllüdlü Abdullayev Nicat Mikayıl oğlu evdə şəxsi münasibətlər zəminində xalası oğlu ilə mübahisə edib.

Nəticədə tərəflər arasında dava düşüb və N.Abdullayev bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Araşdırma aparılır.