Albaniyanın Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 51-ci plenar sessiyası, həmçinin Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclasları keçirilir.

Unikal.org xəbər verir ki, tədbirlərdə QDİƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, millət vəkili Eldar Quliyev və nümayəndə heyətinin digər üzvləri iştirak edirlər.

Qeyd edək ki, Hüquqi və siyasi məsələlər üzrə Komitənin iclasında komitənin sədr müavini Eldar Quliyevin "Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaq.