Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində maraqlı anlar yaşanıb.

Unikal.org xəbər verir ki, "Xaricdə təhsil" fırıldağından danışan aparıcı ilk öncə təhsil eksperti ilə həmsöhbət olub. Qeyd edilib ki, xaricdə təhsil alanların əksəriyyətinin diplomu keçərsizdir. Ukrayna universitetlərin bir çoxunda "rüşvətli" təhsilin olduğu xüsusi ilə qeyd edilib.

Daha sonra teleaparıcı Amil Xəlil bir neçə kursa üz tutub. Nə baş verirsə bundan sonra olur. "Xaricdə təhsil" adı altında fəaliyyət göstərən kursların birində valdeyinlərlə rəhbər arasında qalmaqal baş verir. Çəkiliş qrupu da təsadüfən hadise yerində olur. Aparıcının suallarına cavab tapa bilməyən kurs rəhbərləri gah qapını bağlayıb, çəkilişin kənara çıxmasına maneçilik törətdilər, gah da qaçmağı üstün tutdular. Bir az sonra hadisə yerinə DİN-nin 21 ci polis bölməsinin əməkdaşları gəlir.

Həmin anları sizə təqdim edirik. Qeyd edək ki "Olar? Olmaz!" verilişi həftə içi hər gün saat 19:50 də Space Tv-də yayımlanır.