17 Noyabr 2018
16 Noyabr 2018
Azərbaycanda növbəti İYRƏNC OLAY: Ata azyaşlı qızını zorladı - Uşağı həyətdə basdırdı
KRİMİNAL 14:05 / 20.06.2018
Azərbaycanın Tərtər rayonunda tükürpədici hadisə baş verib.

Unikal.org BakuPost-a istinadən xəbər verir ki, rayonun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb, nəticədə azyaşlı qız hamilə qalıb.

14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb.

Bu barədə saytımıza məlumat verən mənbə iddia edir ki, adıçəkilən şəxs 14 yaşlı qızını artıq bir neçə ildir, zorlayırmış. Bütün bunlardan xəbərdar olan evin xanımı isə övladlarını tənbeh edərək bu barədə heç kimə deməyə qoymurmuş.

Bildirilir ki, E.Şirinovun 6 azyaşlı qızı var. Onların ən böyüyü – zorlanan 14 yaşlı qızdır. Mənbəmiz iddia edir ki, hadisəni törədən şəxsin arvadı 6-cı – oğlan uşağına bu yaxınlarda hamilə qalsa da, E.Şirinov arvadını döyüb, həmin uşağın da ana bətnində ölümünə səbəb olub.

Hüquq-mühafizə orqanlarından faktı BakuPost-a təsdiqləyiblər. Bildirilib ki, artıq adıçəkilən cinayəti törədən şəxs həbs zorlama və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddələri ilə həbs edilib və Gəncədə yerləşən İstintaq Təcridxanasına göndərilib.