Rusiya prezidenti Vladimir Putin futbol üzrə DÇ-2018-in qrup mərhələsində Misirlə keçirilən görüşə baxa bilməyib.

Unikal.org xəbər verir ki Putin həmin vaxt təyyarədə olub. Bu barədə məlumatı prezidentin mətbuat katibi Dmitri Peskov verib:

"Putin Misirlə oyuna baxmayıb. O, həmin vaxt təyyarədə idi, Minskdən qayıdırdı. Prezident trapdan düşən kimi ona nəticə barədə məlumat verilib.

Putin Rusiya və Belarus ittifaq dövlətlərinin Ali Dövlət Şurasının iclasında iştirak etmək üçün Belarusa səfər etmişdi.

Rusiya Misirə 3:1 hesabı ilə qalib gələrək, qrupdan çıxmaq üçün real şans əldə edib. Qrupun bu gün keçiriləcək digər oyununda Uruqvay Səudiyyə Ərəbistanına məğlub olmasa, Rusiyanın qrupdan çıxması rəsmiləşəcək.