Ağstafa rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Saloğlu qəsəbəsində hələlik kimliyi açıqlanmayan bir qız özünü asaraq intihara cəhd edib.

O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.