Braziliyada yaşayan və polis məmuru kimi fəaliyyət göstərən gənc qız keçmiş günlərini yenidən xatırlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Tabata adlı qız 9 yaşında olarkən 39 yaşlı ailə dostları Fabrisio adlı şəxsin təcavüzünə məruz qalıb. Xəbərdə qızın hazırda tutduğu vəzifəsinə görə həm onun, həm də təcavüz edən şəxsin adı şərti verilib.

Gənc qızın bildirdiyinə görə Fabrisio təbiəti sevən fotoqraf olub və ailəsi ilə tanışdıqdan sonra atası ilə yaxın dostluq edib. İki ailə qısa müddət sonrabirlikdə səyahətlərə çıxmağa başlayıblar.

İndi polis məmuru işləyən Tabata həyatı haqqında bunları danışıb: "Mənə qarşı seksual xarakterli hərəkətlər etməsi çox uzun çəkməyib. O fürsət tapdıqca yanıma gəlib mənə toxunurdu.

Məsələni ailəmə danışmaq istəyirdim. Amma anamın səhhətində problem olduğuna görə bu fikrimdən daşındım.

Qız bildirir ki, eyni anda atasının da Fabrisionun həyat yoldaşı ilə münasibəti ortaya çıxdıqda keçmiş dostlar düşmən olub.

Bir neçə il Tabata yaşadığı təcavüzü ağlından silməyə çalışsa da xatirələr onu tərk etməyib:

"Anam başıma gələnləri rəfiqəmdən öyrənib. Həmin vaxt anam mənə bildirdi ki, Fabrisio bunu başqa qızlara da edib.

Bu hadisədən bir necə ay sonra qızın anası ailə dostlarını məhkəməyə verib. Ancaq sübut tapılmadığı üçün azadlığa buraxılıb.

Tabatanın bildirdiyinə görə hadisənin üzərindən 12 il keçib. O hər şey unutmağa çalışıb və təhsilini davam etdirib, Polis Akademiyasını bitirərək polis olub.

Yaşadığı hadisə ilə bağlı bağlanan sənədi yenidən açan Tabata, Fabrisionun 7.5 il azadlıqdan məhrum olunmasına nail olub.