Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, püşk nəticəsində Azərbaycanı bu turnirdə təmsil edəcək 3 klubun - "Qəbələ, "Neftçi və "Keşlənin də rəqibləri bəlli olub.

Premyer Liqanın gümüş mükafatçısı "Qəbələ "Proqreslə (Lüksemburq), çempionatı üçüncü pillədə başa vuran "Neftçi "Uypeştlə (Macarıstan) rəqib olub.

Ölkə kubokunun qalibi "Keşlə isə "Baltsanla (Malta) mübarizə aparmalı olacaq.

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi

Keşlə - Baltsan (Malta)

Neftçi - Uypeşt (Macarıstan)

Qəbələ - Proqres (Lüksemburq)