SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
““Barselona”ya getsəydi, Messinin əsgəri olacaqdı” - FOTO
İDMAN 17:40 / 20.06.2018

"Atletiko”nun baş direktoru Migel Anhel Hil Marin Antuan Qrizmannın klubda qalmaqla bağlı verdiyi qərarı şərh edib.

Unikal.org xəbər verir ki, Marin Qrizmannın düzgün qərar verdiyini deyib. O, hücumçu ilə qanunsuz danışıqlar aparan "Barselona”dan şikayət etməyə hazırlaşdıqlarını da bildirib:

"Bizim hədəfimiz "Atletiko” layihəsini daha da möhkəmləndirmək və inkişaf etdirməkdi.

Qrizmann bizdə əsas ulduzdu. "Barselona”ya getsəydi, Lionel Messinin əsgəri olacaqdı. "Atletiko”da isə tarix yazmaqda davam edəcək.

Biz "Barsa”dan şikayət də edəcəyik. Bu klubun hücumçumuzla qanunsuz danışıqlar apardığı barədə əlimizdə faktlar var”.