"İce universe nikli insayder özünün "Twitter sosial şəbəkəsindəki səhifəsində naməlum çərçivəsiz smartfonun şəklini dərc edib.

Unikal.org ixbt.com saytına istinadən məlumatına görə, söhbət yubiley "Samsung Galaxy S10 smartfonundan gedir. Bu smartfon ictimaiyyətə ancaq gələn ilin əvvəlində təqdim ediləcək.

"Samsung Galaxy S10-un kod adı "Beyonddur. Bu smartfon özünü az qala ekranın perimetri ətrafında çərçivələrin olmaması ilə ifadə edir. Panelin üz tərəfində yüksəkdən danışmaq üçün nə kəsik, nə frontal kamera, nə də hər hansı ötürücü var.

Çox güman ki, bu, sadəcə, "Galaxy S9 bazasında yaradılmış həvəskar saxtakarlıqdır. "Samsung hələlik bununla bağlı heç bir rəsmi açıqlama vermir.