Naməlum şəxslər isveçli diplomat, Avropa Şurasının Ukraynadakı ofisinin rəhbəri Morten Enberqin 3 400 dollarını oğurlayıb.

Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Kiyevdə restoranların birində qeydə alınıb.
Cibgirlər "Paul" adlı fransız restoranına gəlmiş Morten Enberqin çantasından 3 400 dollar oğurlayıblar.
Cinayətkarların tapılması məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət kameralarında olan görüntüləri araşdırır.