13 Noyabr 2018
12 Noyabr 2018
Naxçıvanda şərab zavodu ordumuzun nəzarətinə keçdi - VİDEO
SİYASƏT 21:23 / 20.06.2018

Əlahiddə Ümumqoşun Ordunun bu günlərdə həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 ha ərazi və mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib.

Unikal.org xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, işğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur. Ordumuzun şəxsi heyəti həmin ərazini düşmən qüvvələrindən təmizləyərək strateji mövqelərdə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər.

Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.

Qeyd edək ki, bu zavod ötən əsrin 70-ci illərində Ulu öndərin təşəbbüsü ilə inşa edilib və Şərur-Sədərək bölgəsinin iqtisadi həyatında mühüm yer tutur.