Meksikanın Herrero ştatının Sitlana bələdiyyəsinin İctimai Təhlükəsizlik İdarəsinin direktoru qətlə yetirilib.

Unikal.org-un məlumatına görə, ştatın təhlükəsizliyi üzrə koordinasiya qrupunun nümayəndəsi Roberto Alvares Erediya bildirib ki, polis rəisi Alfredo Tlatempanın cəsədi yandırılmış avtomobilin işərisində aşkar edilib.

Qeyd edək ki, Herrero Meksikanın ən təhlükəli ştatlarından biri sayılır. Bu ştatda ABŞ-a narkotik satışı üzərində nəzarət uğrunda silahlı qruplaşmalar mübarizə aparırlar.