ABŞ prezidenti Donald Tramp ölkəyə gələn miqrant ailələrinin ayrılması praktikasına son qoyan fərman imzalayıb.

Unikal.org-un məlumatına görə, bu barədə "The Hill xəbər verib.

"Bizim sərhədlərimiz çox möhkəm olacaq. Ancaq ailələri ayırmayacağıq, deyə D.Tramp qeyd edib.

Hesablamalara əsasən, aprel və may aylarında ABŞ-Meksika sərhədində iki min uşaq ailələrindən alınaraq xüsusi sığınacaqlara yerləşdirilib.