SON XƏBƏRLƏR
17 Iyul 2018
16 Iyul 2018
Kişi həyat yoldaşını baş və üzündən bıçaqladı
KRİMİNAL 09:10 / 21.06.2018
Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Meysəri kəndində 1986-cı il təvəllüdlü yerli sakin Əlqəmayeva Zəhra Güloğlan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Dörd bıçaq zərbəsi alan qadın yaxınlarının köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, Z.Əlqəmayeva sifətin sağ nahiyəsinin ağız boşluğuna dəlib keçən yaraları, üz, alın və baş nahiyəsindən kəsilmiş-deşilmiş yaralar ilə Cərrahiyyə şöbəsinə daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib. Xəstə cərrahi əməliyyatdan sonra palataya yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Ər-arvad arasında bundan əvvəl də bənzər bıçaqlanma hadisəsinin yaşandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.