Ötən axşam Pakistan-İran sərhədində atışma olub.

Unikal.org xəbər verir ki, silahlı dəstə Zabul sərhəd zonasında Pakistandan İran ərazisinə keçmək istəyərkən sərhədçilərlə atışma baş verib.

Atışma zamanı iki sərhədçi həlak olub, üçü yaralanıb.

Ölənlərdən biri zabit, digəri əsgərdir.

Qarşı tərəfin itkiləri, habelə hadisə barədə məlumat açıqlanmayıb.