"İnstagram bu dəfə istifadəçilərini daha bir yeniliklə sevindirməyə davam edir.

Unikal.org "Anadolu Ajansına istinadən xəbər verir ki, hazırki yenilik istifadəçilərin videoları üçün nəzərdə tutulmuş 60 saniyəlik limiti 10 dəqiqəyə qədər artıracaq.

"İGTV adlanan yeni tətbiq adi istifadəçilərə 10 dəqiqəyə qədər video yükləmək imkanı verir. Daha çox izləyiciləri olan istifadəçilər isə 60 dəqiqəlik videolar yükləyə biləcəklər.

Bununla da "İnstagram Google şirkətinə məxsus "Youtubea rəqib olmağa çalışır.

Qeyd edək ki, "Facebook şirkətinin 2012-ci ildə aldığı "İnstagram səkkiz yaşı olsa da artıq 1 milyard istifadəçisi var.