Bu gün günorta saatlarında Neftçala rayonunda 17 yaşlı oğlan intihar edib.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Qaravəlli kənd sakini, 2001-ci ildə anadan olmuş Ələkbərov Sadiq Elşən oğlu özünü həyətlərindəki yardımçı tikilidən asaraq intihar edib. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə Neftçala rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.