ABŞ-ın məşhur "Intel korporasiyasının baş direktoru Brayan Krjaniç istefaya göndərilib. O, Direktorlar Şurasından da çıxarılacaq.

Unikal.org  xəbər verir  ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qərarın səbəbi B. Krjaniçin daxili qaydalara zidd olaraq, əməkdaşlardan biri ilə eşq macərası yaşamasıdır.

"Məlumat çatdı ki, Krjaniç əməkdaşlardan biri ilə daha əvvəl eşq yaşayıb. Aparılan araşdırma "Inteldə qəbul olunmuş, işdə eşq macərasını qadağan edən normaların pozulması faktını təsdiqləyib. Bu qaydalar bütün menecerlərə aiddir, - deyə şirkətin rəsmi açıqlamasında bildirilir.

B. Krjaniçin münasibətdə olduğu əməkdaşın cinsi açıqlanmayıb.

"Intelin Direktorlar Şurası B. Krjaniçin istefaya göndərilməsinə səs verib. Şirkətin baş maliyyə direktoru Robert Svan baş direktor səlahiyyətlərinin icraçısı təyin olunub.