SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Fransa millisi 1/8 finalda
İDMAN 21:02 / 21.06.2018

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.

Unikal.org-un məlumatına görə, Fransa millisi Peru ilə üz-üzə gəlib.

"Yekaterinburq Arena"da keçirilən qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 34-cü dəqiqədə Kilian Mbappe vurub.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 2 oyuna xal toplaya bilməyən Peru yığması isə qrupda qalıb.