Braziliyanın Rio-de-Janeyro şəhərində cinayətkarlığa qarşı keçirilən geniş miqyaslı əməliyyat nəticəsində ən azı 6 nəfər ölüb, 14 yaşlı yeniyetmə yaralanıb.

Unikal.org-un  "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, əməliyyatda polis və ordu birləşmələri iştirak edib.

Ölənlərin hamısı 20-30 yaşlı gənclərdir.

Şahidlərin sözlərinə görə, əməliyyat zamanı helikopter və tanklardan istifadə olunub.