SON XƏBƏRLƏR
17 Iyul 2018
16 Iyul 2018
Gecə klubunda atışma - ölənlər və yaralananlar var
DÜNYA 22:52 / 21.06.2018

Türkiyənin Bodrum şəhərindəki "Medusa” gecə klubunda baş vermiş atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Unikal.org-un "Hurriyet”ə istinadən verdiyi xəbərə görə, dörd şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində obyektin sahibi Mehmet Sürensey və müğənni Həcər Tülü ölüb.

Yaralananların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Məlumata görə, hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıblar.

İnsidentin səbəbləri müəyyənləşdirilir.