SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Üç nazirlik ləğv EDİLİR
DÜNYA 23:23 / 21.06.2018
Gürcüstanda daha 3 nazirlik ləğv ediləcək.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə ölkənin ədliyyə naziri Teya Tsulukiani bildirib.
Nazir deyib ki, bu gün hökumətdə struktur dəyişiklikləri ilə bağlı məsləhətləşmələr aparılıb. Müzakirələr başa çatdıqdan sonra baş nazir Mamuka Baxtadze yeni struktur dəyişiklikləri və ləğv olunacaq nazirliklər barədə siyahını təqribən 20 gün sonra parlamentə təqdim edəcək.
Bundan sonra parlament yenidən hökumətə etimad göstərməlidir.
Məlumat üçün qeyd edək ki, iyunun 20-də parlament Mamuka Baxtadzeni baş nazir postuna təsdiq edib. Eyni zamanda, parlamentdə hökumətin yeni strukturunu və inkişaf proqramını təsdiq edilib. Parlamentdə yeni hökumətin lehinə 99, əleyhinə isə 6 deputat səs verib.

Yeni baş nazir hökumət başçısı kimi çıxışı zamanı hökumətin tərkibində dəyişikliklər olunacağını və bunun 6 nazirliyi əhatə edəcəyini bildirib.