Dünya çempionatının qrup mərhələsində bu gün növbəti oyunlar keçirilib.

Unikal.org-un məlumatına görə, C qrupunda II tura yekun vurulubsa, D qrupunun bir görüşü baş tutub.

İlk turda Peru üzərində minimalhesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkib. Didye Deşamın komandası minimalhesablı qələbə ilə növbəti mərhələyə vəsiqəni təmin edib.

Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxıb. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə üz-üzə gəlib. Cənubi Amerikalılar bu dəfə meydandan boynubükük ayrılıb. Xorvatiya Messi və komanda yoldaşlarını 3 qolla məyus edib. Bu qələbə həm də Daliçin yetirmələrinin 1/8 finala vəsiqəsi olub.