SON XƏBƏRLƏR
20 Sentyabr 2018
19 Sentyabr 2018
Bakıda qardaşı Rəqsanəni bıçaqladı
KRİMİNAL 09:03 / 22.06.2018
Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində, səhər saatlarında qeydə alınıb.

Ruslan Allahverdiyev küçəsi 19 ünvanında 1974-cü il təvəllüdlü Rəqsanə Mustafayeva qardaşı ilə ailə münaqişə zəminində mübahisə edib.

Mübahisə zamanı qardaşı əvvəlcə R.Mustafayevanı döyüb, daha sonra ona bıçaqla zərbələr endirib.

Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti sabit ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

İstintaq araşdırmaları aparılır.