13 Noyabr 2018
12 Noyabr 2018
Gənclik Mall-un qarşısındakı problem həll olunur
CƏMİYYƏT 09:18 / 22.06.2018
Tofiq Bəhramov adında Respublika stadionunun qarşısında yeni avtobus dayanacaq məntəqəsi təşkil ediləcək.

Unikal.org xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, Gənclik Mall-un qarşısında gündəlik müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması üçün isə Tofiq Bəhramov adında Respublika Stadionunun qarşısındakı boş ərazidə avtobus dayanacaq məntəqəsinin təşkili planlaşdırılır.

Onun sözlərinə görə, ümumilikdə paytaxt yollarında 166 məntəqədə avtobus dayanacaq cibləri və piyada səkiləri inşa ediləcək, dayanacaq pavilyonları quraşdırılacaq və məntəqələr təşkil ediləcək.