Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri paradın məşqlərini davam etdirir.

Unikal.org-un məlumatına görə, iyunun 22-də hərbi təyyarə və helikopterlərin Bakı şəhəri üzərində növbəti uçuşları həyata keçirilib.

Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərində olub.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.