Abunəçilərə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, istehlakçıların hüquqlarını bilməsini təmin etmək, maarifləndirmə, məlumatlandırma və ASAN "xidmət vasitəsi ilə həyata keçirilən işlərin operativliyi məqsədi ilə "Azərişıq ASC-nin sosial şəbəklərdə yeni səhifələri fəaliyyətə başlayıb.

Bunu unikal.org-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, səhmdar cəmiyyətinin "Facebook"da və "Instagram"da "Azerishiq.az adlı səhifələri yaradılıb. Bu səhifələrdə "Azərişığın "ASAN "xidmət vasitəsi ilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər yer alacaq.

"Bir sözlə sadə vətəndaşdan tutmuş sahibkarlara qədər elektrik enerji təchiz edilən hər kəs "Azərişığın sosial şəbəkələrdəki fəaliyyətindən faydalana biləcəklər. Qurumun Perspektiv inkişaf və "ASAN xidmətlə iş idarəsinin yaratdığı səhifələrdə yaxın vaxtlarda elektron qaydada yeni xidmətlər də göstəriləcək", - deyə o, qeyd edib.